• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zümrüdlə Nigar arasında qalmaqal: ”Mən sənin üçün nəyəm?”

MƏDƏNİYYƏT-ŞOU

28 Noyabr 2023 | 12:57

Zümrüdlə Nigar arasında qalmaqal: ”Mən sənin üçün nəyəm?”

“Elə müğənnilər var ki, onlarla danışmıram, qətiyyən danışmıram”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Zümrüd Bədəlova verilişlərin birində deyib.

Bəzi müğənnilərin davranışlarından bezən teleaparıcı əsəblərinə hakim kəsilə bilməyib: “Bu adam mənim efirimə gəlir. Efirdən qabaq göz yaşları tökür ki, “filan şey filan oldu”.  Mən o informasiyanı efirdə desəm, veriliş “partlıyar”.  Mən o informasiyadan danışmıram. Ona da deyirəm ki, “bunu danışma, bu sənə ziyandı”. Ona ürək-dirək verirəm.  Amma həmin müğənni ertəsi gün başqa efirə gedib bunları danışır. Özü deyir, o veriliş “partlayır”. Bəs yaxşı, mən sənin üçün nə idim?”

Zümrüd Bədəlova bu sözlərinin Əməkdar artist Nigar Şabanovaya ünvanladığını da bildirib: “Misal üçün Nigar Şabanova. Mən onu heç zaman bağışlamaram. Onun ailəsində böyük problem yaranmışdı, ayrılmışdı. Bunu təkcə mən bilirdim. Həmin gün gözü yaşlar içərisində efirimə gəldi, amma mən onun şəxsi həyatından söz açmadım.  Amma gedib sabahısı gün canlı efirdə ayrıldığın açıqladı. Bu, düzgün deyil”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024