Meyxanaçı Aqşin Fateh və müğənni Zeynəb Həsəni arasındakı buzlar əriyib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçilər arasında barışığın olması ilə bağlı iddialar var.
Belə ki, Yeni il gecəsi müğənni Zeynəb Həsəni Aqşin Fatehin restoranında səhnə alacaq. Bu da onların barışması iddialarını daha da artırır.
Xatırladaq ki, Zeynəb Həsəni və Aqşin Fateh arasında qalmaqala səbəb müğənni Nəfəs olub. Efirlərin birində Aqşin Fateh Nəfəs haqqında danışıb, eyni proqramın digər qonağı Zeynəbsə meyxanaçıya etiraz edib. Bununla da Zeynəb və Aqşin qalmaqalının təməl daşı qoyulub.
Qeyd edək ki, hazırda Zeynəb və Nəfəs küsülüdürlər.
Ziyafət Əlisoy



jpg-1706339452.webp)












