• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Aygün Kazımova “Instagram” səhifəsindən DANIŞDI: “Depressiyaya düşürdüm”

MƏDƏNİYYƏT

26 Yanvar 2024 | 11:51

Aygün Kazımova “Instagram” səhifəsindən DANIŞDI: “Depressiyaya düşürdüm”

Xalq artisti Aygün Kazımova "Instagram" səhifəsinin oğurlanmasından danışıb.

Bakıvaxtı.az-ın məlumatınna görə, ""İncə Səhər" verilişində qonaq olan Xalq artisti hadisənin baş verdiyi anı belə nəql edib:

“Dostum Ranar Musayevdən mənə mesaj gəldi. Mən onun səhifəsinin oğurlanmasından xəbərim yox idi. Baxdım və dedim ki, bu, Ranarın səhifəsidir. Yoxladım... Bir-birimizə yazdığımız mesajlara baxdım. Ona göndərdiyim səsli mesajları dinlədim. Sonra isə onun səsli mesajlarına qulaq asdım. Mesaj bölməsində aşağı düşdüm və göndərilən linkin üzərinə basdım”.

Onun sözlərinə görə, həmin an səhifəsinə donuz şəkli gəlib: "Bunu etməyə ehtiyac yox idi, çağırardı, gələrdim qoyun otarardım. Həmin an heç üzülmədim. Düşündüm ki, bir neçə dəqiqəyə səhifəm açılar. Normal qəbul etdim. Qəmli, kədərli reaksiyaları da anlamadım”.

Xalq artisti bildirib ki, bir neçə gün keçsə də, səhifəsı açılmayıb: "Mən hər zaman ad günümdə sevənlərimə yeni layihə təqdim edirəm. Bu, artıq ənənəyə çevrilib. Biz də artıq İstanbulda bu layihəni etmişdik. Bitirdik və Bakıya gəldik, başımıza bu hadisə gəldi. Nə olursa, yaxşılığa doğru olur. Ad günümə 3 gün qalmışdı artıq mən özümü narahat hiss etməyə başladım. Elə bil ki, sevənlərimlə əlaqəm kəsilmişdi. Artıq depressiyaya düşürdüm. Amma bu hal yaşanmadı. Belə ki, 23 yaşlı Samir adlı gənc proqramçı səhifəmi açmağa kömək etdi”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR