• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Əməkdar artist yasını idarə edəcək molla ilə BEHLƏŞİB

MƏDƏNİYYƏT

23 Fevral 2024 | 13:10

Əməkdar artist yasını idarə edəcək molla ilə BEHLƏŞİB

“Molla gəldi, ya gəlmədi, mənə aidiyyəti yoxdur. Mənə bir nəfər molla alim lazımdır. Onun da behini vermişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Gül kimi şou” verilişində deyib.

Sənətçi artıq molla ilə razılaşdığını bildirib:

“Beş il əvvəl dostumun yas yerində çox savadlı bir molla ilə rastlaşdım, ona yaxınlaşdım, bir şey ötürmək istədim. Götürmədi. Dedi, “vermiş kimi varsan”. Dedim, “mən rəhmətə gedəndə yəqin ki, eşidəcəksən. Eşidəndə gələrsən”. Dedi, “narahat olmayın, sizə böyük hörmətim var”. Rəhmətlik Məmmədbağırın yasında da bir iranlı molla var idi. O da dedi ki, “baba, sən niyə belə deyirsən, Allah sənə uzun ömür versin”. Dedim, sən gəlmə! İstəyirəm, yasımı savadlı adam idarə eləsin”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

07 Sentyabr 2024