NTV-də yayımlanan "Empati" verilişinin bu həftəki qonağı "Çalıkuşu" serialı ilə şöhrət qazanan aktrisa Aydan Şener olub.
Bakıvaxtı.az xəbər verir ki, aktrisa verilişində ikinci evlilik haqqında düşünmədiyini açıqlayıb.
Aydan Şener, "Evlilik sizin üçün nə deməkdir?" sualına belə cavab verib:
"Evlilik mənim üçün bir şey deyil. Çox erkən ailə qurdum, bir övladım oldu. Evləndiyimə və Ecemin dünyaya gəlməsinə şadam, bu başqa. 8-9 illik evlilikdən sonra ayrıldım və bir daha ailə qurmadım. Evlilik haqqında heç vaxt düşünməmişəm, bu, insan təbiətinə çox ziddir”.
Qeyd edək ki, 1983-1991-ci illərdə Ayhan Akbinlə evli olan Aydan Şenerin bu münasibətdən Ecem adlı bir qızı var.
Günəş Mərd
"Çalıkuşu"nunFəridəsi: "Evlilik insan təbiətinə ziddir"
MƏDƏNİYYƏT
22 Mart 2024 | 11:55

SON XƏBƏRLƏR
21 Noyabr 2026
17:18
10:41















