"Mən həddən artıq dostcanlıyam. Dostum üçün ölümə gedərəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğğnni Xatirə İslam "Günaylı gün" verilişində deyib.
Dostlarına sadiq olduğunu bildirən ifaçı heç vaxt dostlarından xəyanət görmədiyini bildirib:
"Bəzən özümü danlayıram ki, bu qədər də yox da. Allaha şükür ki, dostlarımdan xəyanət görməmişəm. Mən onlara qarşı necəyəmsə, onlar da mənə qarşı elədilər. Yalan danışa bilmərəm. Amma dostum da çox deyil, azdır".
Ziyafət Əlisoy