"Efirdə qısa, açıq geyinməyi özümə yaraşdırmıram".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Baxşəliyeva "TikTok" hesabındakı canlı yayımı zamanı deyib.
Teleaparıcı açıq-saçıq geyimlərlə efirə çıxan həmkarlarına söz atıb:
"Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olaraq bunu özümə, tamaşaçıma layiq bilmirəm. İstəsəm bu geyimləri geyinə bilərəm. Xarici görünüşüm və bədən quruluşum buna müsayitdir, imkan verir. Amma evlərə gəlirəmsə, milyonlarla tamaşaçı mənə baxırsa olmaz".
Ziyafət Əlisoy