Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
***
13:03
Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.
Cavanşir Məmmədovun ölüm xəbərini duet ortağı Firuzə İbadova təsdiqləyib.
Müğənninin ölüm səbəbi məlum deyil.