• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

"Nəfəsə ehtiyacın yoxdursa, NİYƏ DUET OXUYURSAN?

MƏDƏNİYYƏT

20 Aprel 2024 | 11:43

Nəfəsə ehtiyacın yoxdursa, NİYƏ DUET OXUYURSAN? 

Meyxanaçı Aqşin Fateh növbəti açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, "Rəngarəng səhər" verilişində qonaq olan meyxanaçı duet ortağı Nəfəs haqqında danışıb. 

O, Nəfəsin proqrama gəlib-gəlməyəcəyinin önəmli olmadığını vurğulayıb:

"Bizim nəfəsimiz öz yerindədir. Nəfəs gəlməsə də fərq eləmir".

Onun bu sözlərindən sonra proqramın aparıcısı Aysel Novruzova "Nəfəsə ehtiyacınız yoxdursa, niyə duet oxuyursunuz?" sualını verib. Aqşinsə sualı özünəməxsus şəkildə cavablandırıb:
"Hər şeyə ehtiyac olmur. Həyat davam etsin deyə oxuyuruq. Həm də insanların də buna ehtiyacı var. Yeni mahnılar, yeni sözlər eşitmək istəyirlər".

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

30 Iyun 2025