• Bakı 20° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Könül Kərimova aparıcıları tənqid etdi

MƏDƏNİYYƏT-ŞOU

20 Aprel 2024 | 16:30

Könül Kərimova aparıcıları tənqid etdi

Əməkdar artist Könül Kərimova telekanalları tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında verilişlərdə sənət adamlarına qarşı olan təbliğatların düzgün aparılmadığını söyləyib:

"Hərdən bəzi şeylərə susuram. Amma düşünürəm ki, söz deməyə haqqım var. Sual verirlər ki, niyə həvəssizsiniz və efirlərə çıxmırsınız? Bəzən həmkarlarımdan və aparıcılardan inciyirəm. İndi çox şeylərin yeri səhv düşüb. Aparıcılar bilməlidirlər ki, biz sənətkarları kimləsə səhv salmaq olmaz. Təbliğat səhv gedir və hər kəs də elə düşünür ki, belə də olmalıdır.

Artıq tez-tez efirə çıxacağam. Bunu isə qarşıma bir məqsəd kimi qoymuşam. Görürəm ki, efirdən küsmək olmaz. Düşünürəm ki, sənətkar, sənətçi, müğənni və ifaçı başqadır. Bu, fərqli-fərqli məsələlərdir. Bəzən aparıcılar gənc ifaçılara elə suallar verirlər ki, onlar çaşırlar. Onlara sənətkara verilən suallar ünvanlayırlar". (axsam.az)


SON XƏBƏRLƏR