"Mən istəmirəm ki, kimsə qırılsın, bayram günləridir. Əksinə qoy küsülülər barışsın. Mehribanlıq olsun".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Bizimləsən" verilişində deyib.
O, danışmadığı həmkarlarından da bəhs edib:
"Mən heç kimdən küsməmişəm. Həqiqətən küsməmişəm. Yalan nə deyim? Söz var ee, uman yerdən küsərlər. Yaddan niyə küsəsən ki? Mən heç kimdən küsməmişəm. Doğmadan küsərlər, yaddan deyil”.
Qeyd edək ki, Elnarə Xəlilova keçmiş "W-trio" qrupunun üzvləri olan Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi, həmçinin həmkarı Səidə Sultanla küsülüdür.
Ziyafət Əlisoy
















