“Şans deyilən bir şey var. Mənim də şansım odur ki, heç zaman unudulmuram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova “Rəngarəng səhər” verilişində deyib.
Aynur Dadaşova həmkarı Günel Məmmədlinin (Nəfəs) oxuduğu mahnıları tənqid edərək, elə mahnıları oxumağı özünə yaraşdırmadığını bildirib:
“Mən açıq danışmaq istəyirəm, elə musiqilər oxuya bilmərəm. Elə mahnılar çox var, amma mən bacara bilmərəm, səsimə uyğun gəlməz”.
Daha sonra proqramın aparıcısı Zaur Nəbioğlu Aynur Dadaşovadan Nəfəsin mahnılarından birini oxumasını istəyib. Aynur isə həmkarının mahnılarından heç birini oxumayacağını deyib:
“Yox, oxuya bilmərəm. Bütün saytlar, “TikTok”, hər yer bunu paylaşar. Özümü biabır edə bilmərəm”.
Ziyafət Əlisoy