• Bakı 17° C

    13.18 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Aşıqların DAVASI: “Mübariz olsam, özümü öldürərəm”

MƏDƏNİYYƏT-ŞOU

19 Aprel 2024 | 10:51

Aşıqların DAVASI: “Mübariz olsam, özümü öldürərəm”

Aşıq Mübariz Camaloğlu və Aşıq Namiq Fərhadoğlu arasındakı qalmaqal səngimək bilmir.

Bakıvaxtı.az xəbər verir ki, "Elcanlı" verilişində qonaq olan Aşıq Namiq həmkarına söz atıb.

Belə ki, Namiq “bir gün yuxudan durub, güzgüyə baxıb görsəniz ki, Aşıq Mübariz olmusunuz. Nə edərdiniz” sualına sərt şəkildə cavab verib:

“Mübariz yuxudan durub desin ki, “Aşıq Namiq olum, hacı Aşıq Namiq olum, Namiq müəllim olum, bu qədər işlər görən, layihələr edən Namiq müəllim olum. Desəydiniz ki, “aşıq Namiq yuxudan durub,  aşıq Ədalət Nəsibov olub, aşıq Ələsgər olub, hə. Aşıq Mübariz olsam, özümü öldürərdim. Mübariz sazla hoqqa çıxardır, kimə lazımdır?”

Xatırladaq ki, bir neçə gün öncə aşıq Mübariz Camaloğlu aşıq Namiq Fərhadoğlunun onun arxasıyca danışdığını iddia edib.

Ziyafət Əlisoy 


SON XƏBƏRLƏR

01 May 2024