• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Məhkəmə Rəqsanənin əmlaklarına HƏBS QOYDU

MƏDƏNİYYƏT-ŞOU

18 Aprel 2024 | 13:43

Məhkəmə Rəqsanənin əmlaklarına HƏBS QOYDU

Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova onu icra etməyib.

İcra məmurları Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Müğənni xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib: "Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik".Qaynarinfo.az


SON XƏBƏRLƏR

30 Aprel 2024