• Bakı 16° C

    11.21 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

MƏDƏNİYYƏT-ŞOU

18 Aprel 2024 | 20:00

“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb.

Bakıvaxtı.az bildirir ki, lent.az -ın xəbərinə görə, o iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını avtomobil qəzasında itirdiyini söyləyib.

"Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacam", -  o bildirib.

Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.

 


SON XƏBƏRLƏR