Müğənni Roza Zərgərli Naxçıvanda Bahar festivalının açılışını edib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.
Belə ki, sənətçi 5 gün davam edəcək tədbirin ilk günü səhnəyə çıxıb. Festivalın yeganə xanım ifaçısı olanZərgərli 1 saat 30 dəqiqə naxçıvanlılar üçün mahnı oxuyub. 18 bəstə ifa edən Zərgərli sarı uzun saçları və libası ilə diqqət çəkib. Konsert üçün özəl hazırlaşan ifaçının imicindəki dəyişiklik diqqətlərdən yayınmayıb.
Sənətçinin yeni imici izləyicilər tərəfindən bəyənilib.
Sözügedən görüntüləri təqdim edirik:
Ziyafət Əlisoy


















