Məşhur xanəndə, Prezident təqaüdçüsü Pərviz Qasımov növbəti davranışı ilə diqqət mərkəzinə gəlməyi bacarıb.
Bakıvaxtı.az xəbər verir ki, o, idman edə-edə muğam oxuyub.
Sosial şəbəkə platformalarında viral olan video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Pərvizin bu addımını tənqid edən də tapılıb, bəyənən də.
Qeyd edək ki, Pərviz Qasımov ötən il “Dubai pro 2023” Böyük Dəbilqə turnirində iştirak edib. Onun uğurlu çıxışı nəticəsində Azərbaycan 49 ölkə içərisində 4-cü yerdə qərarlaşdırılıb.
Sözügedən videonu təqdim edirik:
Ziyafət Əlisoy