"Biz Namiqlə görüşəndə salamlaşırıq. Moskvada Namiqlə toy mərasimlərinə də gedirdik. Bizi birlikdə dəvət edirlər. Nədənsə vətənimizdə buzlar əriməmişdi".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova jurnalistlərlə görüşündə deyib.
Sənətçi Namiq Qaraçuxurlu ilə səhnələrindən söz salıb:
"Birdən birə baş verdi. Bir tədbirə dəvət aldıq. Ondan sonra Namiq ilə daha tez-tez çıxışlar etdik. Namiq yeni mahnımız üzərində çalışır. Məsuliyyət Namiqdədir. Çalış, Namiq, çalış".
Ziyafət Əlisoy
















