• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Dünən dünəndə qalmayacaq! - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Aprel 2023 | 09:20

Dünən dünəndə qalmayacaq! - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirmiş, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutaraq Azərbaycana qarşı əsassız iddialarını artırmışdı.

Avropa Birliyinin missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini boş yerə cəsarətləndirmişdi. Erməniatanın siyasi-hərbi rəhbərliyi öncəkilərdən daha iddialı açıqlamalar verməyə başlamışdı. Onlar hesab edirdi, bəlkə yenə də elə hesab edirlər ki, AB missiyasının bu ölkədə olması öz çirkin və əsassız iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.

Ermənistanın son aylar yürütdüyü #siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni insidentlərin qaçılmaz olduğunu göstərirdi.

Dünən Laçın səmtində baş vermiş erməni hərbi təxribatı (buna PUA-lı hücum da deyə bilərik) nəticəsində üç hərbi qulluqçumuz şəhid olub. Şəhidlırimizin qanı, əlbəttə, yerdə qalmayacaqdı, qalmadı da! Şanlı Ordumuzun müvafiq bölmələrinin sərrast cavabı ilə düşmənin təxribatı da, hücum cəhdi də öz başında çatladıldı - xeyli leşləri və ağır yaralıları var. İrəvandakı leşbasırma yerində yeni qəbirlər qazıldığına dair bilgilər dolaşır.

Bəli, Ermənistan növbəti təxribat və cinayət törədib, buna görə də mütləq şəkildə cavab verəcək!

Hazırda sahədəki duruma Azərbaycan Ordusu hakimdir! DəmirYumruqYerindədir!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

18 Aprel 2024