• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Laçın və Lissabon… - Əkbər Qoşalı yazır
YAZARLAR
27 Iyul 2023 | 17:54

Laçın və Lissabon… - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Ermənistan siyasi-hərbi rəhbərliyi və dünya erməniliyi öz havadarları ilə birgə növbəti təxribat əyləmi içindədir: Laçın postu səmtə “humanitar tır”lar sıralayıblar…

Bəs deməzsənmi Qarabağdakı ermənilər acından ölürmüş və də guya Azərbaycan blokada tətbiq edirmiş. Bunlar bugünlərdə - XXI yüzilin 23-cü ilinin 7-ci ayınnın sonlarında baş verir. Yəni bəsit gedişlərçün və “parlaq” sonuc gözləməkçün kəsinliklə uyğun zaman sayılmaz…

Bundan tam 40 il öncə ermənilər başqa bir coğrafiyada, başqa bir əyləm içindəydi:

1983-cü il, iyulun 27-də 5 nadürüst - Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə Böyükelçiliyinə soxularaq, (o vaxtkı) Müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və onun 17 yaşlı oğlu Atasayı girov götürmüşdü. Portuqaliyanın (o vaxtkı) Baş naziri Mario Soares hadisəni şəxsi nəzarətinə götürmüş və hadisə yerinə göndərilmiş 170 polis Böyükelçiliyin binasını mühasirəyə almışdı. Terrorçular türk diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək, özləri qarışıq binanı partlatmışdı. 

Terrorçuların məhz xanımı və məhz diplomatik missiya daşıyan insanın həyat yoldaşını qətlə yetirməsi tərəqqipərvər beynəlxalq ictimaiyyəti özəlliklə təsirləndirmişdi. 

Hadisəyə (ovaxtkı) ABŞ prezidenti Ronald Reyqan da münasibət bildirmiş, belə - ikiqat nadürüst əyləmlərə etiraz etmişdi: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq”.

ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North isə terrorçuların neytrallaşdırılmasına yönəlik Milli Təhlükəsizlik Qərarları Direktivi hazırlamışdı. 138 saylı həmin Direktiv Amerikanın özünü terrorçulardan qoruma hüququnu ehtiva edir.

İndi işə baxın ki hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Sırtıqlığın, həyasızlığın dərəcəsinə baxın! “Lissabon 5” tədbiri ABŞ, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Belə gədayi tədbirlərdə erməni “ruhani”ləri adətən “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış, azadlıq uğrunda canlarından keçən qəhrəmanların şərəfi”nə rekviyemlər söyləyir. (Ləyaqət, şərəf, qəhrəman - sözlərin canı, dili olsaydı illa üsyan edər, ermənilərə bu sözlər qadağan olunardı!..)

Bu terror tarixi ərəfəsində erməni cəmiyyətində terrorçuların qəhrəmanlaşdırılması məsələsi daha qabarıq görsənir. Budur, “təsadüfən” adıyaman “Lissabon 5”-in 40-cı bekara ildönümündə ermənilər Laçın postu çevrəsinə “tır”larla yığışıb, bizim əraziyə keçid tələb edir. Lissabonda 27 iyul 1983-cü ildə qanlı əyləm törədən zehniyyət, Laçında 27 iyul 2023-cü ildə qanlı təxribat törədə biləcəkmi? Bacarmayacaqlar!
İç üzlərini bilirik, dabbaqda gönlərinə bələdik. Belə oyunlara gözümüz, qulağımız toxdur. Bəli, “oyun bitmişdir”!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

04 Dekabr 2024