• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qərbə iki-üç ritorik sual - Əkbər Qoşalı yazır
YAZARLAR
18 Iyul 2022 | 23:03

Qərbə iki-üç ritorik sual - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

 

44 günlük müharibə dönəmində Ermənistanın Azərbaycan şəhərlərini bombalaması yadımızdan çıxmayıb təbii.

Təbii, şəhərləri bombalanan, mülki əhalisi, uşaqları, qadın və qocaları həlak olan bizlər heç bir ölkənin, hələ-hələ, dost Ukraynanın belə acınacaqlı günlər yaşamasını istəmirik. Di gəl gör ki, Ukrayna şəhərlərinin Rusiya ordusu tərəfindən bombalanmasına bir ağızdan təpki göstərən Qərb (Dünya) dövlətləri, bizə münasibətdə susurdu...

Hətta, susmaları cəhənnəm, bizim gözümüzdə tük arayırdılar: bəs deməzsənmi, filan kilsənin qırmızı kərpici düşüb, guya Türkiyə F16-ları Azərbaycandan sınırötəsi operasiya yapıb və daha nələr olub... Hamısı da palavra... Həmin Qərb ən "dişli" (daha doğrusu, ən həyasız) jurnalistləri Azərbaycan Prezidentindən müsahibə üçün səfərbər etmişdi və onlar da sanki istintaqa göndərilmiş kimi davranmağa çalışırdı. Bəli, bzim şəhərlərimiz "arxalı köpək" tərəfindən bombalananda susan Qərb (Dünya) ölkələri, indi Ukraynanın bombalanması məsələsini beynəlxalq ədalət məhkəməsinə çıxarır.

Ədalətin bumu, dünya?.. Bəlkə, ayıbınıza kor olub da, çox gec də olsa, Ukraynanı bombalayanla hüquqən (KTMT, Avrasiya İttifaqı və s.) və zehnən bir yerdə olan "ərköyün uşağ"ınız Ermənistanı da məhkəməyə çəkəsiz?

Olmazmı? Niyə?

 


SON XƏBƏRLƏR