• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Tərtər işi - əsl cinayətkarlar kimlərdi - Aqil Abbas yazır
YAZARLAR
22 Aprel 2022 | 15:37

"Tərtər işi" - əsl cinayətkarlar kimlərdi - Aqil Abbas yazır

Aqi̇l Abbas

«Tərtər işi» yenidən gündəmdədi. Neçə ilin sirrinin üstündəki pərdə yavaş-yavaş qaldırılır. Əsgər və zabitlərə işgəncə verən altı hərbçi həbs olunub, biri də axtarışdadı. Onlar əvvəllər də tutulubmuş, 1-2 il yatandan sonra həbsdən azad olunublar. Daha dəqiq desək, həbsdən azad ediliblər.

Yaxşı, işgəncə verənlər tutulublar və yəqin cəzalarını alacaqlar. Onlar əmr quludular, əmr ediblər, onlar da hərbçi olduqlarına görə əmrə tabedilər və əmri də şərəfsizcəsinə yerinə yetiriblər. Dünənəcən bir qabda çörək yedikləri, bir səngərdə yatdıqları, bir kəşfiyyata getdikləri yoldaşlarına müsibət yaşadıblar. Və o da məlumdur ki, onlar özlərində kişilik tapıb əmrə etiraz etsəydilər yəqin ki, onlar da «Vətən xaini» kimi döyüləcəkdi, işgəncə görəcəkdi, məhkəməsiz-filansız öldürüləcəkdi.

Məsələ nədi? Yaxşı, əmr qullarını cəzalandırdıq. Getdilər yenə 3-4 il yatdılar və yenə çıxdılar ictimaiyyət arasına. Bəs, bu əmri verənlər, işi aparan müstəntiqlər, prokurorlar, məhkəmədə çıxış edən ittihamçı prokurorlar, işə baxan hakimlər? Əsl cinayətkarlar onlardı. Əmr verən generallar, polkovniklərdi, amma onlar azadlıqdadı. Hələ ki onlara qaşın altda çıxarılması gözün var deyən yoxdur.

Ulu Öndər Heydər Əliyevin tarixə həkk olunmuş bir kəlamı var: «Qoy ədalət zəfər çalsın!»

Ədalət onda zəfər çalacaq ki, əmr qulları ilə bərabər əmri verənlər, yuxarıda qeyd etdiyim kimi, generallar, polkovniklər hakim qarşısında dayanacaq. Özü də vaxtilə «Tərtər işi»ni sifarişlə aparan hakimlərin yox, əsl hakimlərin qarşısında.

Heç kim iddia edə bilməz ki, orduda xəyanət olmayıb. Söhbət əsl xəyanətkarları tapmaqdan gedir.

«Nərmin işi» iki ildir davam edirsə, görün indi başlanan «Tərtər işi» neçə il çəkəcək?


SON XƏBƏRLƏR

26 Aprel 2024