• Bakı 14° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

“10 ildən çoxdur ki, əziyyət çəkirəm...” - Rasim Balayev xəstəliyindən danışdı

MƏDƏNİYYƏT

05 Noyabr 2025 | 18:53

“10 ildən çoxdur ki, əziyyət çəkirəm...” - Rasim Balayev xəstəliyindən danışdı

"10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mənə ağrı verir. Bir müddətdən bir fizioterapiyaya gedirəm".

Bakıvaxtı.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Rasim Balayev səhhətindən danışarkən deyib.

O, bildirib ki, illərdir müalicə alır:

"Başqa alternativ müalicə üsulu yoxdur. Sol ayağım mənə zülm verir. Ancaq fizioterapiya ilə ayaqda qalıram, yoxsa ağrıya dözə bilmərəm. Belə yerdə deyirlər ki, hardasan ay cavanlıq. Bunlara rəğmən, cavanlığa qayıtmaq istəməzdim. Çünki pis xatirələri yenə də yaşamaq istəmirəm. Bəlkə də həyat yorub məni".

Qeyd edək ki, Rasim Balayev 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.


SON XƏBƏRLƏR