Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev tutduğu vəzifədən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, işində verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Mehman Rzayev 2014-cü ildən Gəncə Tibb Kollecinə rəhbərlik edirdi.
Qeyd edək ki, ötən gün Gəncə Dövlət Regional Kollecinin direktoru İlqar Kubışov da vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabrın 14-16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.