Avstraliyada 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoyula bilər.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.
Belə ki, hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.
Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Baş nazir Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.
Qanun layihəsi 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsini və uşaqların bu platformalarda hesab açması halında şirkətləri cərimələməyi ehtiva edir.
Bildirilib ki,14 yaşından kiçik uşaqlar sosial mediadan istifadə etmək üçün valideynlərinin razılığını almalıdırlar.
Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.
Mina Mikayılova