• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

"Əş-Şəbab"ın 59 üzvü zərərsizləşdirildi

DÜNYA

09 Oktyabr 2024 | 13:04

Əş-Şəbabın 59 üzvü zərərsizləşdirildi

Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatlarda təşkilatın 59 üzvünün zərərsizləşdirildiyi bildirilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Somali ordusundan verilən açıqlamada ölkənin Galqadud və Orta Şabel bölgələrində təşkilata qarşı hərbi əməliyyatların aparıldığı paylaşılıb.

Açıqlamada əməliyyatda 59 təşkilat üzvünün zərərsizləşdirildiyi, 4 əsgərin həyatını itirdiyi, bəzi bölgələrin təşkilat üzvlərindən təmizləndiyi qeyd edilib.

Qeyd edək ki, hökumət qüvvələri “Əş-Şəbab”a qarşı əməliyyatlarını gücləndirərkən, təşkilat üzvləri mülki və hərbi bölgələri hədəfə alır.

Əli Hüseynov


SON XƏBƏRLƏR