• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qəzzada son 24 saat

DÜNYA

09 Oktyabr 2024 | 11:58 | Müəllif: Əli Hüseynov

Qəzzada son 24 saat

Fələstin Mülki Müdafiə İdarəsinin Qəzza zolağındakı sözçüsü Mahmud Basal Qəzzanın müxtəlif bölgələrinə edilən hücumlarla bağlı yazılı açıqlama verib. 

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, onun açıqlamasına görə dünən səhər saatlarından etibarən İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 57 fələstinlinin öldüyü, çoxlu sayda fələstinlinin yaralandığı bildirilib.

Basalın açıqlamasına görə, İsrail ordusunun Qəzzanın şimalında həyata keçirdiyi 6 hava hücumunda 15 fələstinli həyatını itirib.

Qəzza vilayətində İsrail ordusunun həyata keçirdiyi 2 hücumda 2 nəfər ölüb. Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belahda isə  İsrailin çoxsaylı aviazərbələri nəticəsində 29 fələstinli həyatını itirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026