1452 hektar ərazilərimiz minalardan təmizlənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin yaradılışının 103 illiyi ilə bağlı keçirilən tədbirdə Xidmətin rəis müavini Abbas Xəlilov bildirib.
Hazırda DSX-da xidməti itlərdən istifadə olunur. Ən çox tələbat isə işğaldan azad olunan ərazilərimizdə minaların təmizlənməsində istifadə olunur. 1452 hektar ərazilərimiz minalardan təmizlənib. Bütün bunlar kompleks tədbirlərdir. Minaların təmizlənməsində xidməti itlərdən istifadə olunması da kompleks tədbirlərə aiddir. Qeyd edim ki, xidməti itlərdən yalnız mina təmizlənməsində yox, narkotik axtarışında da istifadə olunur. Bundan əlavə, torpaqlarımızın minalardan təmizlənməsində yalnız xidməti itlərdən yox, ANAMA əməkdaşlarının yardımından da istifadə olunur.
Nuranə Daxilqızı
















