"Güzəştli mənzil"lərin satışı üçün “ASAN Login” Vahid Giriş Sistemində qeydiyyatdan keçənlərin sayı 20 min nəfərdən çox olduğu üçün sistemdə nasazlıq baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarıldığı tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) direktor müavini Mehdi Cavadov bildirib.
O nasazlığın aradan qaldırılandan sonra güzəştli mənzillərin satışının keçiriləcəyini bildirib.
“Sistemdəki nasazlığın müxtəlif səbəbi ola bilər. Bu barədə araşdırma aparılandan sonra açıqlama veriləcək”,-deyə M.Cavadov bildirib.
Ramid İbrahimov


















