• Bakı 20° C

    6.74 m/s

16 maliyyə qurumuna 1,1 milyard dollarlıq CƏRİMƏ

DÜNYA

28 Sentyabr 2022 | 10:14 | Müəllif: Qalib İbrahimoğlu

16 maliyyə qurumuna 1,1 milyard dollarlıq CƏRİMƏ

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) 16 maliyyə şirkətini cərimələyib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Barclays, Bank of America, Citigroup, Credit Suisse, Deutsche Bank, Goldman Sachs, Morgan Stanley və UBS daxil olmaqla 16 maliyyə şirkəti elektron kommunikasiyaların saxlanması və qorunmaması üçün 1,1 milyard dollar cərimə olunub.

Qərarı şərh edən SEC sədri Gary Gensler bildirib ki, cəzalandırılan şirkətlər mühasibat uçotu öhdəliklərini yerinə yetirməyərək bu etimadı qoruya bilməyiblər. Texnologiya inkişaf etdikcə kommersiya kommunikasiyalarının lazımi qaydada yalnız rəsmi kanallar vasitəsilə həyata keçirilməsinin daha vacib olduğunu qeyd edən Gensler, bu kommunikasiyaların qorunub saxlanmalı olduğunu vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026