Qətər əcnəbilər üçün giriş tələblərini yüngülləşdirir.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin bununla bağlı verdiyi qərar noyabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən ölkəyə uçmazdan əvvəl koronavirus üçün PCR testləri və ya sürətli antigen testləri tələb olunmayacaq.
Səhiyyə Nazirliyi qərarın koronavirusa yoluxma hallarının azalması ilə əlaqədar olduğunu bildirir. Qeyd olunur ki, bu məhdudiyyətlərin ləğvi turistlərlə yanaşı əvvəllər ölkəyə qayıtdıqdan sonra 24 saat ərzində testlərdən keçməli olan Qətər sakinlərinə də aiddir.
"Ölkə vətəndaşlarından artıq ictimai yerlərə daxil olmaq üçün smartfonlarında quraşdırılmış Ehteraz proqramını təqdim etmələri tələb olunmayacaq", - deyə Qətərin Səhiyyə Nazirliyi bildirir.
Nuranə Daxilqızı
















