• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bu ölkədə təyyarəlır bioyanacaqla uçacaq

DÜNYA

27 Noyabr 2022 | 01:34

Bu ölkədə təyyarəlır bioyanacaqla uçacaq

Gələn həftə zeytun çəyirdəyi və digər zeytun tullantılarından hazırlanmış bioyanacaqla doldurulan 220 təyyarə İspaniyanın Sevilya şəhərindəki aeroportlardan havaya qalxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CEPSA neft-qaz korporasiyası məlumat yayıb.

Bildirilib ki, zeytun tullantılarından hazırlanan bioyanacaq 400 min kilometr məsafə qət etməyə imkan verəcək. Bu, 400-500 saat uçuş müddətinə ə ya yer kürəsi ətrafında 10 dövrəyə bərabərdir.

Təşəbbüs 200 tondan çox karbon qazının atmosferə atılmasının qarşısını alacaq ki, bu da 2,5 mindən çox ağacın əkilməsinə bərabərdir.

Bioyanacaqdan Sevilya aeroportlarından uçan “Air Europa”, “Air Nostrum”, “Iberia Express”, “Ryanair”, “Vueling” və “Wizz Air” aviakompaniyalarının təyyarələri istifadə edəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024