• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyə yeni təbii qaz ehtiyatı tapıb

DÜNYA

26 Dekabr 2022 | 22:00 | Müəllif: Subhan Mahmudov

Türkiyə yeni təbii qaz ehtiyatı tapıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib: "Məlumatların təhlili nəticəsində daha əvvəl elan etdiyimiz 540 milyard kubmetrlik ehtiyatımız 652 milyard kubmetrə çatıb".

Türkiyə Prezidenti, ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026