• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ukrayna ordusu Soledarı tərk etdi

DÜNYA

25 Yanvar 2023 | 16:35 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna ordusu Soledarı tərk etdi

"Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edib".

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

O, belə bir qərarın Ukrayna hərbçilərinin həyatını xilas etmək üçün verildiyini deyib:

"Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkildi, hazırlanmış müdafiə xətlərində möhkəmləndi. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərini möhkəm saxladılar".

O, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə Rusiya qüvvələrini tükəndirdiyini əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026