• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vardanyanın Xankəndidən çıxmasına imkan vermirlər

DÜNYA

25 Yanvar 2023 | 18:25 | Müəllif: Subhan Mahmudov

Vardanyanın Xankəndidən çıxmasına imkan vermirlər

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət formalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Müxalif qrupların öz motivləri var. Onların bəziləri Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir. Onlar Paşinyanın hakimiyyətinə təhlükə yarada biləcək Vardanyanın Xankəndidən İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər”, - mənbə bildirib.

Qeyd olunub ki, Vardanyandan narazıların daha bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir:

“Ruben Vardanyan onların hamısının “işlərinin” öyrənilməsini tapşırıb və cinayət işlərinin əsasını təşkil edə biləcək çoxlu ifşalar əldə edilib.

Ona qarşı çıxanların digər qrupu isə müxtəlif təşkilatları təmsil edənlər və Vardanyanın gəlişi ilə işini, gəlirini itirəcək olanlardır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026