• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Pentaqondan Çinə XƏBƏRDARLIQ

DÜNYA

24 Fevral 2023 | 15:04

Pentaqondan Çinə XƏBƏRDARLIQ

“Çin hələ də Rusiyaya silah tədarükünü gündəlikdən çıxarmayıb”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.

Onun sözlərinə görə, çinli həmkarı ilə bu barədə danışıb: “Mən həmkarıma demişəm ki, Rusiyanın dəstəklənməsi səhv addımdır. Bu, durumu daha da çətinləşdirəcək”.

L.Ostin bildirib ki, müharibə danışıqlarla başa çatacaq: “Danışıqların başlanğıc nöqtəsi isə Rusiya qoşunlarının Ukraynadan çıxması olmalıdır. ABŞ Ukrayna Silahlı Qüvvələri üçün mexanikləşdirilmiş briqadalar hazırlayır. Onlar əlavə artilleriya ilə birlikdə Rusiyanın müdafiəsini yarıb döyüş meydanında vəziyyəti dəyişə biləcəklər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildönümüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026