• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Gürcüstan gömrüyünü robotlar tənzimləyəcək

DÜNYA

26 Mart 2023 | 12:59 | Müəllif: Subhan Mahmudov

Gürcüstan gömrüyünü robotlar tənzimləyəcək

Gürcüstanın gömrük nəzarəti xidmətinin təşkilində robotlardan istifadə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib.

Onun sözlərinə görə, robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək. Bu da gömrük nəzarəti işində problemlərin həllini asanlaşdıracaq.

Nazir deyib ki, dünyanın inkişaf etmiş bir sıra ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edir. Gürcüstan da bu təcrübədən faydalanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026