Ötən il fevralın 24-dən bəri Rusiya ordusu Ukraynada 187 770 hərbçisini itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Qərargahın məlumatında qeyd olunur.
Xəbərə görə, son sutka ərzində Rusiya 690 nəfər itki verib.
Bundan başqa, 3688 tank, 7151 zirehli döyüş maşını, 2863 artilleriya sistemi və 539 RZSV vahidi məhv edilib.
Məlumata görəŞ, qarşı tərəfin daha iki hava hücumundan müdafiə bölməsi (tam miqyaslı işğalın əvvəlindən cəmi 291), 308 təyyarə və 294 helikopteri məhv edilib.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri düşmənin 911 qanadlı raketini və 2437 PUA-nı zərərsizləşdirə bilib.
Murad Məmmədli

















