Ötən sutka Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Baş Qərargahın xülasəsində bildirilir.
Məlumata görə, son sutka ərzində Ukrayna ordusu Rusiyaya məxsus “Şahed” tipli 3 hücum PUA-sı və “Orlan-10” tipli 1 kəşfiyyat pilotsuz uçan aparatını məhv edib.
Eyni zamanda, raket və artilleriya bölmələri 2 canlı qüvvənin cəmləşdiyi ərazini, 4 silah-sursat anbarını, bir elektron döyüş stansiyasını, atəş mövqelərində olan 4 artilleriya bölməsini və daha 4 düşmən hədəfini vurub.
Murad Məmmədli
















