• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rus ordusu “Vaqner”i vurdu: Priqojin hərbi çevrilişə başladı

DÜNYA

23 Iyun 2023 | 23:28 | Müəllif: Subhan Mahmudov

Rus ordusu “Vaqner”i vurdu: Priqojin hərbi çevrilişə başladı

Sosial şəbəkələrdə “Vaqner” özəl muzdlu hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojinin səs yazıları yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Priqojin “Vaqner”in arxa bazalarına Rusiya ordusu tərəfindən sarsıdıcı zərbələr endirildiyi, yüzlərlə ölən və yaralanan olduğunu bildirib.

Bir neçə dəqiqədən sonra yayılan ikinci səs yazısında isə Priqojin faktiki olaraq Rusiyada hərbi çevrilişin başlandığını elan edib.

“Hərbi rəhbərliyin daşıdığı şər dayandırılmalıdır. Xahiş edirəm ki, heç kim müqavimət göstərməsin. Müqavimət göstərəni məhv edəcəyik. Qoşunlarda, daha sonra Rusiyada ədalət bərpa olunacaq", - Priqojin bildirib.

Rusiya Müdafiə Nazirliyi də dərhal açıqlama yayıb.

“Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan "Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in arxa düşərgələrinə zərbə endirməsi" ilə bağlı bütün mesajlar və videogörüntülər reallığa uyğun gəlmir və informasiya təxribatıdır”.

Hazırda vaqnerçilərin Rostova doğru hərəkət etdiyi iddia edilir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026