• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynanın atdığı “kaset bombası” rusiyalı jurnalisti öldürdü

DÜNYA

23 Iyul 2023 | 20:30 | Müəllif: Subhan Mahmudov

Ukraynanın atdığı “kaset bombası” rusiyalı jurnalisti öldürdü

Rusiyanın dövlət qurumu “Rossiya Seqodnya”ya bağlı Beynəlxalq İnformasiya Agentliyi olan “RİA Novosti”nin döyüş müxbiri Ukrayna ordusunun bombardmanı zamanı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna ordusunun hücumunda RİA Novosti, TASS, İzvestiya və Rossiya telekanallarının jurnalistləri atəşə tutulub.

RİA-nın müxbiri Rostislav Juravlev ölüb, bəzi jurnalistlər yaralanıb.

“İzvestiya” qəzeti bombardman zamanı onun müxbiri Roman Polşakov və telekanalın operatorunun yaralandığını yazıb.

Bombardman Zaparojye vilayətinin Pyatixatki kəndi yaxınlığında baş verib, çoxlu sayda jurnalist yaralanıb.

Rusiya Müdafiə Nazirliyi jurnalistlərin kaset bombalarından atəşə tutulduğunu bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026