• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ərdoğan-Putin görüşü Rusiyada baş tuta bilər

DÜNYA

22 Avqust 2023 | 16:32 | Müəllif: Subhan Mahmudov

Ərdoğan-Putin görüşü Rusiyada baş tuta bilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş Rusiya Federasiyasında baş tuta bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV telekanalı açıqlayıb. 

"Prezident Ərdoğanın Rusiyaya gözlənilən səfəri razılığın əldə edilməsi üçün çox vacibdir", - telekanal ona danışan mənbədən sitat gətirib.

Daha əvvəl bildirilmişdi ki, Türkiyə ərazisində Ərdoğanla Putin arasında görüş keçirilməsi ehtimalı azdır. Türkiyə liderinin mətbuat xidməti isə açıqlayıb ki, hazırda liderlər arasında danışıqların planları ilə bağlı dəqiqlik yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR