• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sərhədi keçmişik, irəli gedirik - Priqojin

DÜNYA

24 Iyun 2023 | 06:55 | Müəllif: Qalib İbrahimoğlu

Sərhədi keçmişik, irəli gedirik - Priqojin

Bölmələrimiz bütün istiqamətlərdə Rusiya Federasiyasının dövlət sərhədini keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin öz teleqram kanalında yaydığı səsyazısında bildirib.

"Biz Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Daha da irəli gedirik, sona qədər gedirik", - deyə Priqojin vurğulayıb.

Vaqnerin rəhbəri sərhədçilərin onun döyüşçülərinə müqavimət göstərmədiyini də söyləyib.

Qeyd edək ko, Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etdiyini açıqlayıb.

O, Rusiya Müdafiə Nazirliyinin "Vaqner"in mövqelərinə raket zərbəsi endirdiyini iddia edib və bu barədə video və səs yazıları yayımlayıb.

Rusiya MN onun iddialarını təkzib edib. Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və "Vaqner" döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026