Panamada güclü zəlzələ olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. Amerika Birləşmiş Ştatları Geoloji Xidməti yeraltı təkanın Puerto-Obaldiyada qeydə alındığını bildirib.
6,6 bal gücündə baş verən zəlzələnin 10 km dərinlikdə olduğu bildirilir.
ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami xəbərdarlığının olmadığını açıqlayıb.
















