• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ən qələbəlik ölkəsi bu həftə dəyişir

DÜNYA

25 Aprel 2023 | 12:07

Dünyanın ən qələbəlik ölkəsi bu həftə dəyişir

Birləşmiş Millətlər Təşkilatı Hindistanın bu həftənin sonuna qədər Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olacağını bildirib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, Asiya ölkələri 70 ildən artıqdır ki, dünya əhalisinin üçdə birindən çoxunu təşkil edir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) bəyanatında deyilir: "Çin tezliklə dünyada insanların ən sıx məskunlaşdığı ölkə kimi uzun müddət saxladığı statusunu itirəcək. Əhalinin qiymətləndirilməsi ilə bağlı qeyri-müəyyənliyə görə, Hindistanın əhalinin sayına görə Çini ötməsi gözlənilən konkret tarix təxminidir və yenidən nəzərdən keçirilməlidir".

BMT-nin Əhali Fondu keçən həftə bildirib ki, Hindistan 2023-cü ilin ortalarına qədər Çindən 2,9 milyon daha çox əhaliyə sahib olacaq. 1961-ci ildən bəri ilk dəfə keçən il əhalinin sayı azaldığı üçün Çində doğum nisbəti son vaxtlar aşağı düşüb.

Qeyd edək ki, DESA Çin əhalisinin əsrin sonuna qədər 1 milyarddan aşağı düşə biləcəyini bildirib.

Bunun əksinə olaraq, Hindistan əhalisinin bir neçə onilliklər ərzində artmağa davam edəcəyi gözlənilir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026