Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, nazirlər Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokolu imzalayıblar.
Bu barədə Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Minskdə Belarusun müdafiə naziri Viktor Hrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb”.
Belarusun müdafiə naziri Hrenin görüşlə bağlı verdiyi açıqlamada Qərbin Rusiya və Belarusa “görünməmiş təzyiq” göstərdiyini bildirib: “Qərb ölkələrimizin milli təhlükəsizliyinin təmin olunmasının bütün sahələrində həm Belarus Respublikasına, həm də Rusiya Federasiyasına misli görünməmiş təzyiq göstərir. Belə bir şəraitdə Belarus Respublikası Rusiya Federasiyası ilə hərbi sahədə strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsində, doktrinal sənədlərimizdəki öhdəlikləri gücləndirməklə və ikitərəfli qarşılıqlı fəaliyyəti dərinləşdirməkdə maraqlıdır”.
Ay Tac













jpg-1687586014.webp)


