Rusiyanın muzdlu “Vaqner” qrupunun rəisi Yevgeni Priqojin rus ordusunu “Vaqner döyüşçülərini məhv etməkdə” ittiham edib. Bəs Priqojin kimdir?
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Priqojin belə deyib: "Bu, ədalət yürüşüdür. Ölkənin hərbi rəhbərliyinin gətirdiyi şərin qarşısı alınmalıdır”.
Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Priqojinin ittihamlarının “həqiqətə uyğun olmadığını və təxribat olduğunu” bildirib. Rusiya lideri Putin hadisələrlə bağlı məlumatlandırılıb. Rusiya hakimiyyəti Vaqner qrupundakı muzdluları bazalara qayıtmağa çağırıb.
Priqojin kimdir?
Yevgeni Viktoroviç Priqojin rusiyalı iş adamı və oliqarxdır. Priqojin, xüsusilə Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır. Onun restoran və iaşə obyektləri Putinin xarici dövlətlərin rəsmiləri ilə qatıldığı şam yeməyinə ev sahibliyi etdiyi üçün “Putinin aşpazı” kimi tanınır.
Priqojin Afrika, Suriya və Ukraynadakı münaqişələrdə iştirak edən Rusiya dövləti tərəfindən dəstəklənən muzdlu qrup olan “Wagner Group”, 2016 və 2018-ci illərdə ABŞ seçkilərinə müdaxilədə ittiham olunan üç şirkətə nəzarət edir.
Qeyd edək ki, Priqojin Sovet İttifaqı dövründə doqquz il həbsxanalarda yatıb.2014-cü ilin may ayında Priqojin Donbass müharibəsində Rusiya qüvvələrinə dəstək olmaq üçün xüsusi olaraq Vaqner Qrupunu yaratdığını elan edib.
Ay Tac