• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya ordusunun Baxmutda irəliləməsi dayandı

DÜNYA

25 Aprel 2023 | 09:19 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya ordusunun Baxmutda irəliləməsi dayandı

Rusiya ordusu Baxmut və ətrafına quru hücumlarını davam etdirsə də, son iki gün ərzində heç bir irəliləyiş olmayıb.

Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Baxmutun şimal-qərbində rusların hücumlarını dəf edib.

Bundan əlavə, Ukrayna hərbçiləri Xromovo-Çasov Yar yolundan “Vaqneritlər”i geri çəkmək üçün mübarizəni davam etdirir.

İnstitutun analitikləri onu da bildirirlər ki, bir neçə gün əvvəl Rusiya ordusu Uqledara ardıcıl irimiqyaslı hava zərbələri endirib. Ekspertlər qeyd ediblər ki, ötən gün rus qoşunlarının Bolşaya Novoselka ərazisində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarması və aprelin 23-də Uqledar şəhərinə hücum etməsi barədə məlumatlar yayılıb.

"Rusiya qüvvələri Vuqmut istiqamətində hər hansı əhəmiyyətli hücum üçün lazım olan döyüş gücünə malik deyil", - deyə ISW-nin məluimatında qeyd olunur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026