• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Salome Zurabişvili hökuməti tənqid etdi

DÜNYA

24 Fevral 2023 | 13:27

Salome Zurabişvili hökuməti tənqid etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili hökuməti Rusiya-Ukrayna müharibəsi fonunda özünü beynəlxalq ictimaiyyətdən təcrid etdiyi üçün tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident müharibənin ildönümü münasibəti ilə keçirdiyi xüsusi brifinqdə hökumətin siyasətinin anlaşılmaz olduğunu deyib:

“Gürcüstan hökuməti özünü təcrid edib, anlaşılmaz və bəzi səbəblərə görə neytral və balanslı görünən mövqeyi ilə özü ilə demokratik ictimaiyyət arasında məsafə qoyub”.

Zurabişvili qeyd edib ki, xoşbəxtlikdən gürcü cəmiyyəti öz mövqeyini aydın ifadə edib, bütün forma və vasitələrdən istifadə edərək Ukrayna ilə həmrəyliyini sübut edib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026