• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Küveytdə ilk dəfə vəba xəstəliyi aşkarlandı

DÜNYA

26 Noyabr 2022 | 22:38

Küveytdə ilk dəfə vəba xəstəliyi aşkarlandı

Küveyt Səhiyyə Nazirliyi ölkədə ilk dəfə görülən vəba xəstəliyi ilə bağlı yazılı açıqlama verib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəlik qonşu ölkələrdən birindən vəbaya yoluxaraq qayıdan Küveyt vətəndaşında aşkarlanıb.

Vəba xəstəsi olan şəxsin getdiyi ölkənin adı açıqlanmır. Yoluxmuş şəxsin xəstəxanada karantinə alındığı və müalicəsinə başladığı bildirilir.

Bəyanatda həmçinin vəba epidemiyasının olduğu ölkələrə səfər edəcək şəxslərə xəbərdarlıq edilib və qayıtdıqdan sonra yeddi gün ərzində yüksək hərarət və ishal kimi şübhəli simptomları olanlar ən yaxın sağlamlıq mərkəzinə müraciət etməyə çağırılıblar.


SON XƏBƏRLƏR

28 Mart 2024